Xəbəri eşidib ailəlikcə üzüldük. Görəsən niyə yaxşı insanlar bu dünyan vaxtsız tərk edir?!
Teleqraf.com xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli həyat yoldaşı müğənni Doğuş Müdafiə Sənayesi naziri Yavər Camalovun dünən vəfat etmiş oğlu Rövşən Camalov barədə İnstaqram sosial şəbəkəsində qeyd ediblər.
Doğuş ölüm xəbərindən şoka düşdüyünü və kədərləndiyini bildirib: “Sənin qəlbinin böyüklüyünü həmişə xatırlayacağam. Allah rəhmət eləsin, sevənlərinə başsağlığı verirəm”.