17 Sentyabr 2017 00:11
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoç - Yetərincə mürəkkəb gündür. Ciddi və mürəkkəb iş planlaşdırmasanız da, çətinliklərlə qarşılaşacaqsınız. İstəmədiyiniz işi görmək zərurəti yaranacaq. Dəstəyinə və ya yardımına bel bağladığınız insanlar vədlərini yerinə yetirməyəcəklər. Buna görə də tək işləməlisiniz.

Günün ikinci yarısında uzaq qohumlardan biri xoş olmayan xəbər gətirəcək.

Özünüzü qoruyun. Travma riskinin artdığı zamandır. Xəstələnsəniz, sağalma prosesi uzun çəkəcək. Sevdiyiniz insanla mübahisə etməyin, təmasları sərinlətməyin. Məntiqli, ağıllı olun.

Buğa - Məqsədə çatmaq üçün müəyyən qurbanlar vermək gərəkdir. Planları reallaşdırmaq üçün nəzərdə tutulduğundan daha çox vaxt və maliyyə vəsaitinin gərəkli olacağına hazırlaşın. Hər şey ilkin variantlara uyğun olmayacaq.

Günün ikinci yarısında yaşam prioritetlərini bir daha dəqiqləşdirin. Qarşınızda duran vəzifələri, həllini gözləyən problemləri saf-çürük edin, görüləsi işlərin aktuallığını dəyərləndirin.

Hədəfdən yayınmayın, yolunuzdan sapmayın. Qətiyyətli olun, qorxmayın.

Əsla geri çəkilməyin.

Əkizlər - Darıxdırıcı və rutin gündür. Yaddaqalan təəssüratlar, qeyri-adi görüşlər istəyirsiniz. Onların heç biri olmayacaq. Ciddi dəyişikliklərə can atmayın. Cəhdlər uğursuzdur. Yaxınlarınızla fikir ayrılıqları yarana bilər. Mövqelərinizi müdafiə edin, yersiz güzəştə getməyin.

Günün ikinci yarısında müzakirə və ya diskussiya zamanı soyuqqanlı olun. Əks təqdirdə danışıqlar qarşılıqlı iradlara və tənqidlərə çevriləcək.

İmiclə eksperimentlər etməyin. Ənənəvi prosedurlara üstünlük verin.

Xərçəng - Yaşananlara daha nikbin nəzərlərlə baxın. Proseslər o qədər də pis deyil. Yeni imkanlar yaranır, sərfəli perspektivlər formalaşır. İntuisiyanıza, işgüzar duyumunuza güvənə bilərsiniz. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə çox qulaq asmayın. Onlar situasiya ilə bağlı müfəssəl məlumatlara, yerinə yetirilməli işlə bağlı təfərrüatlı informasiyalara malik deyillər.

Günün ikinci yarısında yanlış xəbərlərə aldanmayın. İnnovasiyalardan yararlanın, zamanla ayaqlaşın. Hadisələrin nəbzini tutun.

Şir - Uğurlar zəhmət və cəhdlərlə düz mütənasib olacaq. Nəyəsə nail olmaq istəyirsinizsə, tənbəllik etməyin. Kimsənin yardımına və ya köməyinə bel bağlamayın. Müstəqil olun, təkbaşına işləyin. Yaxınlarınız sizə yardım etməyə tələsməyəcəklər.

Günün ikinci yarısında yaşlı qohumlardan biri ilə fikir ayrılıqları yaranacaq. Ciddi münaqişəyə yol verməyin.

İdmanla məşğul olmaq üçün yaxşı zamandır. Sağlamlıq prosedurlarını unutmayın. Pəhriz saxlamağa başlasanız, qaydalara riayət etmək çətinlik yaratmayacaq.

Qız - Astagəl və tənbəl olmayın. Süst insanın qalib gəlməsi, uğur qazanması mümkün deyil. Məqsədə çatmaq üçün var qüvvənizlə çalışmalısınız. Təcrübəli və bilikli olduğunuz sahədə fəaliyyətinizi aktivləşdirin.

Günün ikinci yarısında bəzi məsələlərin çözümünü yaxın ətrafınızdakı, etibar etdiyiniz insanlara həvalə etmək olar. Həmkarlar və tərəfdaşlarla aktiv işbirliyində olun. Biliklərin artırılması, peşə məziyyətlərinin yüksəldilməsi üçün yaxşı gündür.

Orqanizminizə fikir verin. İzafi çəkidən qurtulmağın zamanı deyilmi?

Tərəzi - Yeniliklər və fərqli layihələrin həyata keçirilməsi üçün ən yaxşı günlərdən biri deyil. Rutin məsələlərin həllinə, cari işlərin görülməsinə xüsusi diqqət ayırın. Genişmiqyaslı işləri ertələmək də olar.

Yaranmış şanslardan maksimum istifadə edin. Maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin.

Günün ikinci yarısında dostlardan və ya qohumlardan biri yardım üçün sizə müraciət edəcək. Mövcud çətin situasiyadan çıxış yollarını birgə arayın. Son qərarı verməyə tələsməyin.

Eqoist insan təsiri bağışlamayın.

Əqrəb - Parlaq, yaddaqalan gün olacaq. Günün ilk yarısı xoş xəbər və ya dəyər verdiyiniz insanla görüş sizi sevindirəcək. Yeni tanışlıqlar üçün əlverişli zamandır. Amma əsla romantikaya dalmayın.

Günün ikinci yarısında diqqət tələb edən mürəkkəb işə başlayın. Müsbət təmayüllərin təsiri güclənəcək. Sürpriz və etiraf istisna deyil.

Axşam saatlarında normal istirahət edin.

Oxatan - Günün ilk yarısında situasiyaya kəskin müdaxilələr edərək hadisələrin axarını köklü şəkildə dəyişməyə can atmayın. Hər şeyi nəzarətdə saxlamaq mümkün deyil. Daha təcrübəli həmkarınız və ya tərəfdaşınızın məsləhətinə ehtiyacınız var. Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın.

Günün ikinci yarısında yarımçıq işlərin hamısını başa vurmağa çalışın. Tələsməyin, düşünülməmiş addımlar atmayın. Səbrli davranın. Emosiyaların əsirinə çevrilməyin.

Axşam saatlarını əyləncəyə həsr edin.

Oğlaq - Vurnuxmadan və tələskənlikdən kənar durun. Təcili işlərdən yan qaçmayın, hadisələrin axarını diqqətlə izləyin. Başqalarının problemlərinin həllinə can ataraq öz çətinliklərinizi unutdurmayın. Əsas məqsədləri müəyyənləşdirin.

Günün ikinci yarısında fəaliyyət müstəvinizi genişləndirin. Təmasları aktivləşdirin. Şərtlərə əməl etsəniz, ödənişlər vaxtında ediləcək. Əməkdaşlığın təfərrüatlarını əvvəlcədən dəqiqləşdirin.

Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.

Dolça - Ətalətli, süst, astagəl olmayın. İndiyədək sizə maraqlı və cazibədar təsir bağışlayan işlərin bəzilərinin gerçək mahiyyətini anlayacaqsınız. Gündəlik qayğıları qulaqardına vurmayın. Yaşam məkanı, daşınmaz əmlak və ailə üzvlərinin problemləri ilə bağlı laqeyd davranmayın.

Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Yaxın ətrafınızdakı insanlardan birinin ideyasını dəyərləndirsəniz, gəlir əldə edə bilərsiniz.

Axşam saatlarını evdə keçirin. Hobbinizə vaxt ayırın.

Balıqlar - Günün ilk yarısından rutin işlərin və adi problemlərin sayı artacaq. Karyera inkişafı ilə bağlı konkret addımlar atmaq üçün əlverişli zaman deyil. İşdə rəhbərlik təşəbbüslərinizi dəstəkləməyəcək.

Günün ikinci yarısında çətinliklərin həllində kreativ olun. İntuisiyanızı dinləyin. Bədxərclik etməyin, alış-verişdə diqqətli olun.

Axşam saatlarında yaxşıca istirahət etməyə çalışın.

Milli.Az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər