18 Sentyabr 2017 12:24
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakəndə atalığından hamilə qalan 12 yaşlı ananın uşağı süni nəfəs aparatına qoşulub.

Bunu Teleqraf.com-a açıqlamasında Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə deyib.

Onun sözlərinə görə, ananın səhhəti normaldır:

“Sentyabrın 14-də axşam saatlarında ananın səhhəti qəfildən pisləşib. Həkimlər müayinə zaman onun böyrəklərində problem olduğunu aşkar edib. Məhz bu səbəbdən Uşaq Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda ana əməliyyat olub və uşaq süni aparata qoşulub. Artıq ananın vəziyyəti stabilləşib".

Kəmalə Ağazadə bildirib ki, doğulan qız uşağıdır:

“Uşağın sağ qalmasına dua edirik. O, sağ qalarsa, ona sahib çıxmaq lazımdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl 12 yaşlı qızla bağlı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda konsilium keçirilib. Həkimlər qızın hamiləliyinin sona kimi davam etdirməsi və doğmağına qərar vermişdi.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər