Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxlayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Ria Novosti”yə açıqlamasında Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.
O bildirib ki, telefon danışığı zamanı liderlər ikitərəfli münasibətlərlə yanaşı, Astanada keçirilən Suriya toplantısını da müzakirə ediblər.