Hər sinifdə 1-2 uşağın dərsə gəlməməsini çıxmaq şərti ilə şagirdlərin davamiyyəti yaxşıdır.
Bunu Teleqraf.com-a açıqlamasında Qubanın Xınalıq kəndində yerləşən məktəbin direktoru Yunus Dəmirov deyib.
Onun sözlərinə görə, şagird və müəllimlər dərsdədirlər: “Burada əhali kompakt yaşayır. Hər kəs dərsə gəlir. Desəm ki, davamiyyətimiz yüz faizdir, düzgün olmaz. Hər sinifdən 1-2 uşağın dərsə gəlməməsini çıxmaq şərti ilə şagirdlərin davamiyyəti yaxşıdır”.
Direktor havanın qəfil dəyişdiyini deyib: “Birdən-birə temperaturu aşağı düşdü, qar yağdı. Bu cəhətdən hazırlıqsız qara yaxanlandıq. Qış dövrünün başlanamsına qədər məktəbdə istilik sistemi hazır olacaq. Sentyabr ayında məktəbə istilik sisteminin verilişi nəzərdə tutulmayıb. Qış limitində istilik sistemimiz hazır olacaq”.