Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.
DİM-dən Teleqraf.com-a verilən məlumata görə, elektron sınaq imtahanında iştirak etmək üçün onlayn qeydiyyat 29 sentyabr saat 10:00–dan 3 oktyabr saat 18:00–dək davam edəcək.
Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdı.