3 Noyabr 2017 03:58
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yenidənqurma işlərinin ikinci mərhələsi başa çatmaq üzrədir. Artıq kəndə köçürüləcək ailələrin siyahılarının hazırlanmasına başlanılıb.

Cocuq Mərcanlıda ikinci mərhələdə 100 fərdi yaşayış evi, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası inşa edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun sözlərinə görə, 17 hektar ərazidə tikilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Evlər telefon və internet xəttilə təmin edilib.

Əkin sahələrinin suvarılması üçün nasos stansiyası tikilib. Bu stansiyadan Füzulinin cəbhə xəttinə yaxın yaşayış məntəqələrində yaşayan sakinlər də istifadə edəcəklər. Qəsəbədaxili elektrik, qaz və su xətlərinin çəkilişi başa çatıb. Hazırda küçələrin asfaltlanması həyata keçirilir.

Hər bir ailə üçün müəyyən hektar torpaq sahəsi ayrılıb. Əhalinin məşğulluğunu təmin etmək üçün xarici iş adamları ilə danışıqlar aparılıb.

Qeyd edək ki, qəsəbədə 1,75 hektar ərazidə yaşıllıq salınıb. /Xəzər TV/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər