4 Noyabr 2017 08:38
1 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada günəş enerjisindən istifadə halları artır. Türkiyənin Antalya bölgəsində bütün otellər günəş panelindən istifadə edir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında AMEA Radiasiya Problemləri İnstitutunun direktor müavini Rəvan Mehdiyeva deyib.

Direktor müavininin sözlərinə görə, Azərbaycanda isə bu sahə yeni inkişaf etməyə başlayıb:

“Artıq bir sıra rayonlarda yol boyu günəş panelləri qurulub. Hətta bəzi bağ evlərində artıq günəş panelləri qurulub. Bu, təqdirəlayiq haldır”.

Qeyd edək ki, günəş panellərinin satışı ilə məşğul olan sahibkar Vəkil Teymurlu bu günlərdə açıqlama verərək vətəndaşların birdəfəlik müəyyən vəsaiti ödəyərək evlərini alternativ enerji ilə təmin edə biləcəklərini deyib. Onun sözlərinə görə, 24 saat ərzində evi elektrik enerjisi ilə təmin etmək üçün təxminən 750 manat vəsait xərcləmək lazımdır:

“Bu vəsaiti xərclədikdən sonra isə vətəndaşların elektrik pulu ödəməsinə ehtiyac qalmayacaq”.

Xatırladaq ki, günəş panellərini Azərbaycan özü istehsal edir. Bu panellər uzun müddət istismar üçün nəzərdə tutulur. Ancaq panellərin topladığı enerjini elektrik enerjisinə çevirən cihazlar Çindən və Türkiyədən idxal olunur.


Müəllif: Aytən Yaşar

Oxşar xəbərlər