8 Noyabr 2017 17:17
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq aləmdə yeni geosiyasi aktorlarla bağlı mövqeyimi bildirmişəm. Bir daha təkrar etmək istəyirəm ki, artıq “CNN”, “BBC”, “Nyu York Tayms”, “Vashinqton Post” və bu kimi digər nüfuzlu KİV-lər, Soros kimi şəxslər də geosiyasi aktorlardır.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Feysbuk səhifəsində qeyd edib.

Novruz Məmmədov bildirib ki, geosiyasi aktorlar siyahısına “Hollivud” da əlavə olunub: “Burada baş verən proseslər maraqlı suallar doğurur. Hüquqlarının qorunduğu demokratik ölkələrdə meqaulduzlar nə üçün bu ittihamları ötən 20-30 il ərzində səsləndirməyiblər?

Nə tez bu proses belə siyasiləşdi? Deyirlər, biri özünü öldürdü, biri isə istefa verdi. Bəzi ölkələrdə bu məsələdən siyasi məqsədlərə çatmaq üçün istifadə cəhdləri müşahidə olunur”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər