Milli Məclis Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, Vergi Məcəlləsinin 59.3-cü maddəsinin ikinci hissəsinə “gün ərzində” sözlərindən sonra məcəllənin 179.1-ci və 179.2-ci maddələri ilə müəyyən edilən hallarda "20 gün ərzində" sözləri əlavə edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, məcəlləyə dəyişiklik 59.3 və 179-cu maddələr arasında əlaqələndirmənin və uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb.
Qeyd edək ki, bununla yanaşı bir neçə qanun layihəsinə texniki dəyişikliklər edilib.