Qarabağ əlilləri üçün nəzərdə tutulan müavinətlər artırılmalıdır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc Milli Məclisdə səsləndirib.
Millət vəkili "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib ki, I qrup Qarabağ əlili 401 manat, II qrup əlil isə təxminən 290 manat alır: “Bu, bizim Qarabağ əlillərinə olan münasibətdir? Hesab edirəm ki, bu məbləğ artırılmalıdır”. Z.Oruc təklif edib ki, Qarabağ əlillərindən bir nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini təyin edilsin və Qarabağ əlillərinin problemləri ilə həmin şəxs məğul olsun.