30 Noyabr 2017 18:56
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunda yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması üçün yeni standartlar tətbiq edilib.

Bununla bağlı Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən yas mərasimlərinə dair müşavirə keçirilib.

Toplantı rayon icra başçısı və idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Ağdam rayon Mədəniyyət evində baş tutub.

Müşavirədə yas mərasimlərinin üç gün keçirilməsi və yalnız çay süfrəsinin açılması məqsədəuyğun hesab edilib, digər qida məhsullarının verilməsinə isə qadağa qoyulub./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər