Gömrükdə Gürcüstandan Azərbaycana gələn avtomobildə 18 qutu pirotexniki vasitə aşkar edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuiat xidmətindən Teleqraf.com-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 2101" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə idarə etdiyi avtomobildə gömrük nəzarətinə mütləq bəyan edilməli olan və ya gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmasına dair şifahi sorğu-sual aparılıb.
Həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, hal şahidlərinin iştirakı ilə keçirilən gömrük baxışı zamanı avtomobilin alt hissəsindən gömrük nəzarətindən gizlədilən üzərində "BIG SILVER CRACKER" sözləri yazılan 18 qutu pirotexniki vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.