21 Dekabr 2017 09:54
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin xidməti avtomobillərdən istifadəsinə xitam verilib.

Bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Qərara görə, agentliyin istifadəsində olan iki ədəd xidməti avtomobil geri alınıb.

***

Nazirlər Kabinetinin 2013-cü il 14 mart tarixli 44 nömrəli qərarıilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nda dəyişikliklər edilib.

Sənədə əsasən, Müəllif Hüquqları Agentliyi tərəfindən beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi qaydaları dəyişdirilib.

Dəyişikliklərə görə, qaydaların 2-ci maddəsinin 10-cu bəndindən “və ya onun strukturuna daxil olmayan tabeliyindəki qurumlar” sözləri və “büdcədənkənar xüsusi vəsaitləri” sözləri çıxarılıb.

Həmçinin qaydalara əlavədə “Beynəlxalq standart eyniləşdirmə nömrəsinin verilməsi haqqında ərizə”yə “Agentliyinin” sözündən sonra “İdarə Heyətinin” sözləri əlavə edilib.

***

“Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları”na dəyişiklik edilib.

Nazirlər Kabinetinin qərarı ilə Qaydaların 15-ci hissəsinə “Agentliyin” sözündən sonra “İdarə Heyətinin” sözləri əlavə olunub.

Bu addım “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” prezidentin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə atılıb./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər