26 Dekabr 2017 09:47
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun rəisi, polis pokovniki Fərhad Məmmədxanlı 8 ay öncə təqaüdə çıxıb. Onun hansı səbəbdən və nə vaxt həbs onunması ilə bağlı heç bir məlumatımız yoxdur.

Bu sözləri Axar.az-a Su Nəqliyyatında Polis İdarəsindən bu günlərdə həbs edildiyi deyilən Ələt portunun rəisi F.Məmmədxanlı ilə bağlı danışarkən deyiblər.

İdarədən verilən məlumata görə, Fərhad Məmmədxanlı artıq idarənin işçisi deyil:

“Artıq 8 aydan çoxdur ki, yaşı ilə əlaqədar təqaüdə çıxıb. Fərhad Məmmədxanov 1960-cı il təvəllüdlüdür. Rəis vəzifəsini yerinə yetirdiyi vaxt hər hansısa nöqsanının şahidi olmamışıq. Onun həbsi ilə bağlı heç bir məlumatımız yoxdur”.

Qeyd edək ki, “Kriminal.az” saytı Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunda rəis, polis polkovniki Fərhad Məmmədxanlı həbs edildiyini yazıb. Saytın məlumatına görə, F.Məmmədxanlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib.

Fərhad Məmmədxanlı işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa, mağazadan “Vertu” markalı telefonu (qiyməti 15 min manatdan başlayır ) kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsəində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər