Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimi otağında vəfat edib.
Bu barədə Teleqraf.com-a xəstəxanadan məlumat verilib.
Xəstəxanadan bildirilib ki, vəfat edən şəxs diş həkimi işləyib:
“57 yaşlı Namidar Quliyev səhər iş yerinə gəlib. Qəfil halı pisləşib və yerə yıxılıb. Həmin vaxt elə dünyasını dəyişib”.
Faktla bağlı araşdırma aparılır.