Sabah Milli Məclisin 2017-ci il üçün sonuncu plenar iclası keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, iclasın gündəliyində 19 məsələ var.
İclasda “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında”, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”, “Azərbaycan və Türkmənistan hökumətləri arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə, “Bələdiyyələrin statusu haqqında” Qanununda dəyişikliklər edilməsi barədə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə, Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanununda dəyişiklik edilməsi barədə, “Yol hərəkəti haqqında” Qanununda dəyişiklik edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılacaq.