Bu gün Xəzər dənizində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 07:51-də qeydə alınıb.
Maqnitudası 3.0, dərinliyi 46km olan zəlzələ hiss olunmayıb.