Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Şəhərin Atatürk prospektində, Gəncə Apelyasiya Məhkəməsinin qarşısında piyada Zaur Quliyevi avtomobil vurub. Xəsarət alan şəxs dərhal xəstəxanaya aparılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, o, Gəncə Apelyasiya Məhkəməsinin işçisidir.
Faktla bağlı araşdırma aparılır./APA/