İçərisi sərnişinlə dolu olan avtobusda sürücü yüksək səslə musiqiyə qulaq asır. Sərnişinlər bunu sürücüyə irad tutsalar da, o, musiqinin səsini almır və yoluna davam edir.
Teleqraf.com xəbər verir ki, görüntülər ötən gün səhər saatlarında metronun "28 may" stansiyasından Lökbatana sərnişin daşıyan 125 saylı avtobusda çəkilib. Sözügedən avtobusun sərnişini Bayram Həmidli həmin anları lentə alıb.
Məsələ ilə bağlı avtobusun məxsus olduğu ''Bakubus'' Məhdud Məsuliyyətli Cəmiyyətlə əlaqə saxladıq. Bildirildi ki, həmin görüntülərlə bağlı bu gün şirkət araşdırma aparacaq və lazımı tədbirlər görüləcək.
Bakı Nəqliyyat agentliyindən isə bildirildi ki, məsələ agentlik tərəfindən araşdırılacaq.
Qeyd edək ki, sözügedən faktla bağlı İnzibati Xətalar Məcəlləsində cərimə sanksiyası nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə, ictimai nəqliyyatda zəruriət olmadan audio avadanlıqlardan istifadə edən şəxslər 40-50 manat məbləğində cərimə edilir. (xezerxeber.az)