16 Yanvar 2018 00:58
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə 354 müəllifin 667 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 680 şəhadətnamə verilib.

Trend-in məlumatına görə, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsi ilə müəlliflərin 40 müraciəti əsasında 31 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 31 şəhadətnamə verilib.

Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesabatında qeyd olunur ki, bununla yanaşı, hesabat ilində 7 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatına görə dövlət büdcəsinə 3750 manat vəsait ödənilib. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər