ABŞ-ın "US News & World Report" jurnalı 2018-ci il üçün "Dünyanın ən yaxşı ölkələri"nin siyahısını tərtib edib.
Teleqraf.com xəbər verir ki, siyahıda birinci yeri İsveçrə tutub.
Növbəti yerləri İsveçrə, Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutur.
ABŞ 2017-ci ilə nisbətən bir pillə geriləyərək 8-ci olub.
Qonşu ölkələrdən siyahıda Türkiyə (36) və İran (77) yer alıb.
MDB ölkələrindən reytinqə Rusiya (26), Latviya (59), Ukrayna (69), Qazaxıstan (70) və Belarus (72) daxil edilib.
Digər postsovet ölkələri, o cümlədən Gürcüstan və Ermənistan 80 ölkənin yer aldığı siyahıya düşə bilməyib.
Azərbaycan siyahıda 64-cü yeri tutub.
Xatırladaq ki, Azərbaycan ötən il reytinqdə 69-cu yeri tutmuşdu.
Azərbaycan həmçinin güc və təsir kateqoriyasında 45-ci, əhalinin ümumi yaşayış səviyyəsi kateqoriyasında 67-ci, turizm sənayesi kateqoriyasında isə 66-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, reytinq 9 kriteriya əsasında hazırlanıb. Bu kriteriyalar - turizm sənayesinin inkişafı, innovasiya, sosial sfera, mədəniyyət, iqtisadi artım tempi, biznesə açıqlıq, əhalinin ümumi həyat səviyyəsi, dünya arenasında güc və təsir səviyyəsi, tarixi irsdir.