26 Yanvar 2018 20:37
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Çadırlı kəndində "VAZ" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması baradə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər tərəfindən minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1978-ci il təvəllüdlü Əliyev Rövşən Maarif oğlunun meyiti çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Əməliyyat başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər