29 Yanvar 2018 14:19
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə Azərbaycan pomidorlarının Rusiyaya ixracı üzrə problem olmamalıdır.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

A.Əliyev qeyd edib: "Ötən il Rusiyaya pomidor ixracı ilə əlaqədar müəyyən çətinliklərlə üzləşdik. Bu, ilk növbədə, Rusiya tərəfinin Türkiyə pomidorlarının idxalına qadağa qoyması ilə bağlı idi. Biz ötən il ərzində rusiyalı həmkarlarımızla bir neçə dəfə görüşdük. Sonuncu belə görüş sentyabrda baş tutdu. Biz sübut edə bildik ki, Azərbaycana Türkiyə pomidorlarının Rusiyaya yenidən ixracını təşkil etmək iqtisadi cəhətdən sərfəli deyil".

DGK sədrinin fikrincə, cari ildə Rusiyaya pomidor ixracı ilə bağlı ciddi problem yaşanmamalıdır: "Lakin əgər oxşar problem baş versə, komitə bu məsələni həll etməyə hər an hazırdır. Rusiya tərəfi ötən il inandılar ki, ixrac olunan pomidorlar Türkiyə istehsallı deyil"./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər