1 Fevral 2018 15:24
2 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səki daşlarının qoyulmasında problem olub, ona görə yenidən düzəldilir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bakının 7-ci mikrorayonundakı Abay Kunanbayev küçəsində yol kənarına düzülmüş daşların sökülməsinin səbəbləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, həmin yolda əlavə heç bir problem yoxdur.

Qeyd edək ki, yanvar ayının 8-dən etibarən Binəqədi rayonunda Abay Kunanbayev küçəsi təmir olunur. Uzunluğu 1.8 km, eni isə ortalama 9 metr olan küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Yolun hərəkət hissəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkiləri qurulacaq.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər