19 Fevral 2018 14:29
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bayıl yaşayış massivində baş vermiş sürüşmə hadisəsi ilə bağlı bəzi ailələrə kirayə haqqı ödəniləcək.

Bunu Teleqraf.com-a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, 67 ailə sənədlərini təhvil verib: “Həmin ailələrə kirayə haqqı sabahdan ödəniləcək. Ödənilən məbləğ ailə tərkibindən asılıdır. Hər şey Nazirlər Kabinetinin normativ qərarı əsasında müəyyənləşdirilir. Elə ailə var 230, elə ailə var 260 manat alacaq. Digər ailələr də sənədlərini təhvil verən kimi banklarda hesab açılacaq və kirayə haqqı ödəniləcək”.

İsrafil Kərimov qeyd edib ki, Bayıl yamacında təhlükəli zonada 98 ev var: “Bütün məsələlər nəzarətdədir”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər