21 Fevral 2018 17:11
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

Teleqraf.com xəbər verir ki, Dövlət Komitəsinin sədri Türkiyə-Azərbaycan arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıb.

Ölkələrimizin digər sahələrdə olduğu kimi din sahəsində də əlaqələrinin genişləndirilməsinin perspektivlərini diqqətə çatdıran Mübariz Qurbanlı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Söhbət zamanı Türkiyə səfiri Erkan Özoral gələcəkdə Azərbaycan və Türkiyənin müvafiq təhsil müəssisələri arasında əlaqələrin sistemli şəkildə qurulması, birgə əməkdaşlıq imkanları, eyni zamanda, qarşılıqlı təcrübə mübadiləsinin təşkilinin əhəmiyyəti barədə danışıb.


Müəllif: Cavad

Oxşar xəbərlər