7 Avqust 2014 14:16
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunun Ağbulaq kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu bu gün 1969-cu il təvəllüdlü Ermənistan vətəndaşı Petrosyan Arduş Dalen oğlunu tutaraq təslim edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, erməni hərbi hissəyə aparılıb. Onun Azərbaycan tərəfə hansı şəraitdə keçməsi araşdırılır.

Tovuz Rayon Polis Şöbəsindən Teleqraf.com-a bildirilib ki, 1965-ci il təvəllüdlü Petrosyan Arduş Qarenoviç Ermənistanın Berd rayonun Çinar kənd sakinidir. Təxminən saat 12 radələrində təmas xəttini keçən A.Petrosyan ərazidə mal-qara otaran şəxslər tərəfindən saxlanılıb.

Olayın detallarını araşdırırıq.


Müəllif: