Sumqayıtda Doğum evinə yeni baş həkim təyin edilib.
Xədicə Razim qızı Binnətzadə 2 nömrəli Doğum evinin baş həkimi təyin olunub və kollektivə təqdim edilib.
Əslində Xədicə Binnətzadə kollektivə yad adam deyil. O bu təyinata qədər həmin doğum evində mamalıq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Eyni zamanda yeni baş həkim sözügedən doğum evinin həkimi Emilya Hüseynovanın qızıdır.
2 nömrəli Doğum evinin baş həkimi Arzu Məhərrəmova fevral ayında tutduğu vəzifədən azad edilib.(Xeberle.com)