Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-ə təyin edilmiş prezident seçkilərində bütün seçicilərin iştirakını təmin etmək üçün zəruri tədbirlər həyata keçirir.
Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov "Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin təşkili" mövzusunda seminar müşavirədə çıxışı zamanı deyib.
N.Məmmədov vurğulayıb ki, Səhiyyə Nazirliyi ilə təşkil edilən bugünkü tədbir seçki prosesinin daha mükəmməl və şəffaf şəkildə həyata keçməsi üçün təşkil olunur.
Sədr müavini vurğulayıb ki, bütün fəaliyyət seçicilərin prosesdən razı qalmasına yönəlib.
N.Məmmədov bildirib ki, Azərbaycan ötən illər ərzində böyük seçki təcrübəsi qazanıb.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək./Trend/