Prezident İlham Əliyevaprelin 3-də “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib.
İsgəndərov Hümbət Rafiq oğlu
Qasımov Etibar Vilayət oğlu
Məmmədov Füzuli Ziyad oğlu
Səfərov Bəhlul Novruz oğlu