3 Aprel 2018 19:56
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Zakir Qaralov bu gün Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə baş prokuror Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib.

Z.Qaralov mövcud ikitərəfli hüquqi əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayaraq, Türkiyədə 2016-cı ildə baş vermiş 15 iyul hadisələri ilə bağlı başlanmış cinayət işi üzrə aparılan geniş istintaq-əməliyyat tədbirlərində Azərbaycanın hüquq-mühafizə orqanlarının aktiv fəaliyyətini qeyd edib.

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı qardaş Azərbaycan dövləti və xalqının göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edən nazir Əbdülhəmid Gül ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini bildirməklə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilib, qonaq tərəfindən bir neçə gün öncə ölkəmizdə yad edilən azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər