Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Azərpoçt MMC-yə yeni baş direktor təyin edilib.
Teleqraf.com xəbər verir ki, bu, Emin Ramiq oğlu Əfəndiyevdir.
O, 2 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub, 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer kollecində bankir-mühasib ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 1992-ci ildə Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlayıb, daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışıb.
1996-2004-cü illərdə Rossiyskiy Kredit BKB Rusiya–Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, idarə heyətinin sədrinin müavini və idarə heyətinin sədri vəzifələrində işləyib.
2004-2009-cu illərdə AZAL SKB idarə heyətinin sədrinin müavini olub.
2009-2015-ci illərdə Kapital Bankda filial müdiri vəzifəsində çalışıb.
2015-2018-ci illərdə Bank MBA-Moskva “Azərbaycan Beynəlxalq Bankı”nın Rusiya Federasiyasındakı törəmə bankında idarə heyətinin sədri vəzifəsində işləyib.