Sürücülər bəzən cərimə protokollarının ödənilməsi zamanı problemlərlə qarşılaşır. Problem inzibati xətaya yol vermiş sürücünün barəsində yazılmış protokolun sistemə köçürülməməsindən qaynaqlanır. Sürücü cəriməni ödəmək üçün banka və ya poçta yaxınlaşanda çətinliklə üz-üzə qalır. Çünki ordan bildirirlər ki, cərimə sistemə oturmayıb. Belə olan halda da sürücülər də protokol cərimələrini ödəyə bilmir və sürücü məcbur olur ki, DYP-yə getsin və protokolu sistemə daxil etdirsin.
Teleqraf.com xəbər verir ki, ekspert Ərşad hüseynov mövzu ilə açıqlamasında bildirib:
“Əgər sürücünün elektron kabineti varsa, həmin prokotol o kabinetə 1 ay ərzində yerləşdirilməzsə, sürücü həmin inzibati qayda pozuntusuna görə, məsuliyyətdən azad olunur. Bəzən də elektron protokol sürücüyə göndərilmiş olsa da, sürücü aylarla banka gedərək onu ödəyə bilmir.
Ödəmə ilə bağlı isə ekspert bildirib ki, internet vasitəsilə ödəmək mümkün olmalıdır.
"Bank və poçtlardakı ödəniş sistemləri ilə inteqrasiya yoxdur deyə, vətəndaşlar çətinlik çəkir. Sistemin qüsurudur”.
Ərşad Hüseynov isə bildirb ki, xarici ölkələrdə sistem fərqlidir.
“Sürücü yolun bu başında radara düşürsə, onun barəsində elektron protokol tərtib olunur. Küçənin o başına çatana kimi sms gəlir. Küçənin o başında banka ödəyir və çıxıb gedir”.
Digər problem isə sürücülərin qeydiyyat ünvanı ilə bağlıdır.
Şəki DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru Tural Niftalıyev bildirib ki, yol patrul xidmətinin inspektorları həmin cərimələri yerində aktivləşdirə bilir.
"Avtomobil sonuncu dəfə kimin adına qeydiyyata alınıbsa, həmin ərazi üzrə DYP-yə göndərilir. Sürücü həmin məktubu qəbul etməyibsə, məlumatlandırılmamışdırsa, qərar qəbul edilmir. Əgər qərar qəbul edilmirsə, 1 il keçərsə, o cərimələr xitam olunur”.
Əgər göndərilmiş məktuba etiraz olunmursa, 30 gün ərzində cərimə ödənməlidir.