11 Avqust 2014 17:27
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Gəncə şəhərində yerləşən Pensiyaçıların Ərazi Sosial Xidməti Mərkəzində dövlət himayəsində yaşayan ahıllar pulsuz tibbi müayinədən keçiriliblər.

Teleqraf.com-un məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə təşkil olunan müayinə mərkəzdə yaşayan insanların göz xəstəliklərinin olub-olmadığının müəyyən olunması və müvafiq tibbi-profilaktik yardımın təşkil edilməsi məqsədini daşıyıb. Gəncə şəhər səhiyyə idarəsinin həkimləri tərəfindən mərkəzin 104 nəfər sakininin hər biri ətraflı müayinə edilib və onlara tibbi məsləhət xidməti göstərilib, tibbi maarifləndirmə işi aparılıb. Ayrı-ayrı şəxslərə yerindəcə tibbi yardım edilib.

Bununla yanaşı, müayinə nəticəsində gözlərində xəstəliklər aşkar olunan 2 nəfərin sistemli şəkildə müvafiq müalicə prosedurlarına cəlb olunması qərara alınıb.

Naibə


Müəllif:

Oxşar xəbərlər