23 İyun 2018 12:19
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin may ayında Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postundan ümumilikdə 58 min 933 nəqliyyat vasitəsi keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gün ərzində "Sınıq Körpü" gömrük postunda idxal və ixrac xəttindən ümumi olaraq 2000-ə yaxın nəqliyyat vasitəsi yoxlanılır: "Sutka ərzində 2209 nəqliyyat vasitəsi həm idxal, həm də ixrac edilir. Ötən ilin bu vaxtı say 2183 olub”.


Müəllif: Teleqraf.com