Xəyyam Mirzəzadənin səhhəti ilə bağlı Mərkəzi Klinik Xəstəxanadan açıqlama verilib.
Klinikadan Publika.az-a verilən məlumatda bildirildi ki, Xəyyam Mirzəzadə xətəxanaya bir sıra şikayətlərlə müraciət edib: “Hazırda vəziyyəti stabildir. Şikayətləri ilə əlaqədar olaraq müayinələri aparılır. Müayinələrin nəticələri və həkimlərin konsiliumundan sonra dəqiq diaqnoz qoyulacaq. Lakin onun hansı şikayətlə daxil olması barədə özünün razılığı olmadan məlumat verə bilmərik”.
Məsələ ilə əlaqədar Xalq artistinin özü ilə əlaqə saxladıq. Tanınmış bəstəkar hazırda özünü yaxşı hiss etdiyini, lakin səhhəti haqqında heç bir açıqlama vermək istəmədiyini deyib.
***
12:23
Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin səhhəti pisləşib.
O Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib və orada işə başlayıb. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.