Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan Cümhuriyyəti-100” layihəsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, layihə çərçivəsində gənclər Bakıdan Tiflisə qədər Azərbaycan Cümhuriyyəti ilə bağlı tarixi məkanları ziyarət edib, seminarlar təşkil ediblər.
Layihənin bağlanış mərasimində Azərbaycan Cümhuriyyətinin tədqiqatçısı Dilqəm Əhmədin şəxsi kolleksiyasının sərgisi, “Bir ildən yüz ilə” kitabının imza mərasimi keçirilib.
Sərgidən fotoşəkilləri təqdim edirik: