19 İyul 2018 10:40
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vəkillər Kollegiyası Gəncə şəhərində baş verən terror hadisəsini, bəd əməlləri pisləyir".

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, Azərbaycan dövləti kifayət qədər güclüdür, vətəndaşları ayıqdır: "Heç zaman vətəndaşlarımız və vəkillərimiz bu cür qüvvələrə imkan verməyəcək ki, Azərbaycanda ara qarışsın. Vəkillərimizə təşəkkür edirik ki, mətbuatda və sosial şəbəkədə mövqelərini nümayiş etdirdilər. Gəncədə həbs edilən vətəndaşlar bizə müraciət edirlər. Bu, bizim misiyamızdır, bunu etməliyik. Azərbaycanda hər bir vətəndaşın hüquqi yardım almaq hüquqi var". /Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər