İyulun 29-da vəfat edən istiqlalçı deputat Məryəm Həsənova Siyəzəndə dəfn edilib.
Teleqraf.com xəbər verir ki, istiqlalçı deputatın nəşi vidalaşmaq üçün Bakıya, Təzə Pir məscidinə gətirilib.
Daha sonra dəfn üçün Siyəzənə aparılıb.
Məryəm xanım Siyəzən şəhərindən 2-3 kilometr aralıda yerləşən və yerli camaatın "Qara Siyəzən" adlandırdığı məzarlıqda dəfn olunub.
Dəfndə sabiq baş nazir Pənah Hüseyn, professor Hacıbaba Əzimov, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və digər şəxslər iştirak edib.