18 Avqust 2014 15:09
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva gənclərə müraciət ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, L.Əliyeva hər kəsi vətəni sevməyə, onun üçün çalışmağa səsləyib. Leyla Əliyevanın rəsmi “Facebook” səhifəsində paylaşılan həmin müraciəti təqdim edirik:

“Mən Azərbaycan Respublikasının müstəqilliyini müdafiə edən Silahlı Qüvvələrə, döyüşçülərə, əsgərlərə, sərhədi mühafizə əməkdaşlarına, eləcə də ictimai və siyasi liderlərə, ziyalılara, hökumət rəsmilərinə - Vətənini sevən hər bir kəsə müraciət edirəm. Bizim gələcəyimiz öz əlimizdədir. Bu gün biz sizinlə birlikdə vətənimizin sahibiyik, torpağımızın, ölkəmizin taleyini özümüz həll etmək şansı qazanmışıq. Qarşımızda dayanan yeganə məsələ bu fürsəti əldən verməməkdir. Onu əldə saxlamalı, müstəqilliyimizi qorumalı, ölkəmizi inkişaf etmiş dövlətlərin səviyyəsinə qaldırmalıyıq. Dünyada layiqli yerimizi tutmalıyıq. Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri kimi mən bu tapşırığı özüm üçün borc bilirəm. Ümid edirəm ki, hər bir vətənpərvər azərbaycanlı bunu öz şəxsi vəzifəsi hesab edir”.


Müəllif: