11 Avqust 2018 23:30
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada leysan xarakterli yağışlar nəticəsində 28 nəfər nəfər təxliyə olunub.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, avqustun 10-da axşam saatlarından başlayaraq avqustun 11-də səhər saatlarınadək Respublikanın bəzi şimal-qərb rayonlarında fasilələrlə yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala və Balakən rayonlarında bəzi ərazilərin subasmaya məruz qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rayon İcra Hakimiyyətlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Zaqatala rayonunun Vöhtala kəndi ərazisində köməksiz vəziyyətdə qalmış 28 nəfər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin köməkliyi ilə Aviasiya dəstəsinin "Mi-17" helikopterində təhlükəsiz əraziyə köçürülüb.

Eyni zamanda, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və müvafiq texnikası hadisə rayonlarında suçəkmə işlərinə cəlb olunub. Yağıntıların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər