23 Avqust 2018 09:55
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 25-i, saat 12-də tədqiqatçı-jurnalist Dilqəm Əhmədin növbəti Cümhuriyyət sərgisi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə baş tutan sərgidə müəllifin Azərbaycan Cümhuriyyəti və mühacirət tarixinə dair topladığı materiallar sərgilənəcək, müəllifin “Fərqlilər”, “Mühacirlərin dönüşü” və “Bir ildən yüz ilə” kitablarının imza mərasimi olacaq.

“Mühacirətdə yaşadılan Cümhuriyyət” adlı tədbirdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin məktubları, fotoşəkilləri, eləcə də Cümhuriyyət dönəminə aid nadir materiallar təqdim olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər