30 Avqust 2018 16:51
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Pivot Suvarma sistemi texnologiyasının istehsalına başlayıb.

Teleqraf.com xəbər verir ki, STP-nin istehsal etdiyi suvarma sistemləri məhsuldarlığın yüksəldilməsinə böyük fayda verəcək. Pivot suvarma sistemi texnologiya sürətli istifadəni təmin edən idarə panellərinə də sahibdir.

Bunun vasitəsilə kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şəxslər və qurumlar suvarma prosesini vaxta qənaət edərək daha sürətli həyata keçirə bilir. Pivot tamamilə sinklənmiş polad borulardan və müxtəlif sistemlərdən ibarətdir.

Texnologiyanın bütün hissələri STP-nin istehsalı olaraq müsəssisədə yığılır. Sumqayıt Texnologiyalar Parkı texnologiyanın istehsalında ABŞ-ın bu sahədə ixtisaslaşmış ən böyük şirkətlərinin təcrübəsindən istifadə edir. Texnologiyanın hazırlanmasında istifadə edilən bir çox detallar STP-nin öz istehsalı olduğundan qarşılıqlı əməkdaşlıq yüksək fayda verir.

Qeyd edək ki, pivot sistemləri dünyanın ən müasir və səmərəli suvarma sistemləridir. Bu sistemlə suvarma nəticəsində suya qənaət edilir, itkiyə yol verilmir. Torpaqların şoranlaşmasının qarşısı alınır. Bitkilər vegetasiya dövründə optimal nəmliklə təmin edilir ki, bu da məhsuldarlığı bir neçə dəfə artırır.

Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabrın 22-də istismara verilib. STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu alıb.

Regionda nadir layihə olan STP daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir.

İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər