20 Avqust 2014 12:54
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Abşeron yarımadasında uzun müddət hökm sürən anomal istilərdən sonra havanın temperaturu avqustun 21-dən etibarən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a verilən məlumata görə, avqustun 21-dən sonra Bakı və Abşeron yarımadasında havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə enəcək və iqlim normasına yaxınlaşacaq.

Yaxın 2-3 gün ərzində, yəni avqustun 24-dək Bakı və Abşeron yarımadasında havanın temperaturu gündüz 32-35 dərəcədən yüksək olmayacaq. Eyni zamanda, şimal küləyi güclənəcək.

Avqustun 21-i, 22-si və 23-ü əsasən gecə və səhər saatlarında şimal küləyi artacaq, küləyin gücü saniyədə 15-20 metr, bəzi ərazilərdə isə 25 metr olacaq.

Azərbaycanın digər ərazilərində də havanın temperaturu enəcək.


Müəllif:

Oxşar xəbərlər