Aparıcı Vüsalə Əlizadə qızı Diləyi bu il birinci sinfə yola salıb.
Teleqraf.com-un məlumatına görə, qızı ilə birgə məktəbli forması geyinən aparıcı təəssüratlarını sosial şəbəkədə qeyd edib:
“Gözəl qızım, səninlə əl-ələ 6 il uğurlu bir yol gəldik, bu gündən yolumuz daha çətin, enişli-yoxuşlu olacaq. Bu sınağında da əlin əlimdə olacaq. Səninlə böyüdüm, səninlə həyatı, insanları, bilmədiklərimi öyrəndim, dünyanı səninlə kəşf etdim.
Allahımdan tək istəyim həyat sınağından səni alnıaçıq, üzüağ çıxarmağıma möhlət verməsidir. Bugünkü həyəcanı heç vaxt dadmamışdım, sevinc dolu hisslərimi göz yaşım isladır, xoşbəxtlikdən ağlamaq buna deyirlər. İlk dərs günün mübarək, nəfəsim”.