18 Sentyabr 2018 12:31
3 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arıqlamaq üçün etdirdiyim əməliyyatlara görə çox peşmanam.

Teleqraf.com-un məlumatına görə, bu sözləri “Bizimləsən” verilişində əməkdar artist Tünzalə Əliyeva deyib.

Xərçəngdən əziyyət çəkən “Toppuş bacı” bildirib ki, mədəsi olmadığına görə yemək yeyə bilmir: “Bu xəstəlik 5-6 il əvvəldən məndə varmış. Amma son günlər yemədiyim üçün immunitetim düşdü və xəstəlik gücləndi. İndi hər gün yeməliyəm ki, kökəlim. Ancaq hər gün arıqlayıram. İndi 80 kiloqram olmuşam. Yeyə bilmirəm, mədəm yoxdur.

Yumurta, zülal qəbul etməliyəm, olmur. İştah üçün vitaminlər qəbul etməliyəm, o da şişi böyüdür. Çox yeyəndə qaytarıram. Məsələn, bu gün mən bir konfet yemişəm. İmmunitetim yoxdur, qanım aşağıdır. Kimyaterapiya da qəbul edə bilmirəm. Hətta həyat yoldaşım deyir ki, gedib süni mədə qoyduraq, arıqlama. M

ən hər zaman deyirdim görəsən, nə vaxt çəkim ikirəqəmliyə düşəcək. Düşdü, amma bu cür...”

Tünzalə bildirib ki, valideynləri onun xəstəliyindən xəbərsizdilər: “Bilmələrini istəmirəm. Sağalmaq istəyirəm, qızım Zəhra balacadır. Onu məktəbə yola salmağı arzulayıram. Amma ömrüm buna yetəcəkmi?..

Qayınanam mənə çox dəstək olur. Hər dəfə xəstəxanaya gedəndə, qızımı qayınanama tapşırıram. Ölmək istəmirəm, mənə kömək edin!”


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər