Alimlər insan ömrünü uzadan 5 amilin adını çəkiblər.
Teleqraf.com xəbər verir ki, ömrü uzadan ən əsas amillərdən biri kardio pəhrizdir.
30 ildir alimlər pəhriz və düzgün qidalanmaq arasında fərqi araşdırırlar. Belə ki, istənilən pəhriz növü düzgün qidalanma sayılmır. İnsanlar pəhriz adı altında orqanizmlə uyuşmayan qidalar qəbul edir, bu isə onların yaşam müddətinə təsir göstərir.
İnsan ömrünə təsir edən digər bir amil daxili aləmlə uyuşmayan vərdişlərdir. İnsanların üstün tutduqları bəzi vərdişlər əslində onlar üçün risk yaradır. Liderlik, tez-tez həyəcanlanmaq, prinsipiallıq kimi vərdişlər bir çox insanlarda tez ölümlə nəticələnir.
Başqa bir amil isə hərəkətlilikdir. Alimlər qeyd edirlər ki, bütün günü aktiv olmaq insan təbiətinə həmişə xeyir vermir. Həddən artıq hərəkətlilik ürək-damar sisteminin işləməsinə artıq yük yarada bilər. Hərəkətlilik yalnız gün ərzində müəyyən edilmiş zaman kəsiyində baş verməlidir.
Təhsil də insan ömrünə təsir edən amillər sırasındadır.
Britaniyalı alimlər hesab edir ki, insan ömrü həm genetik, həm də sosial faktorlardan asılıdır. İnsanın bilikli olması özünə güvən hissi yaradır ki, bu da məmnunluq duyğusu ilə sintezləşir.
Həmçinin alimlər az çəkili olmağı da uzun ömürlülüyün sirri kimi dəyərləndirirlər.
Alimlər yaşlanmanın qarşısını almaq üçün illədir sehirli vasitələrin axtarışı ilə məşğul idilər.
ABŞ-ın Marşall Universitetinin mütəxəssisləri insan ömrünü uzadan ferment kəşf ediblər. Bu ferment sayəsində insan orqanizmində tez yaşlanmaya meyilli orqanların fəaliyyəti uzanır, bu da ömrün uzanmasına gətirib çıxarır.
ABŞ-ın Minnesota Universitetinin alimləri isə vaxtından tez yaşlanmaya qarşı preparat hazırlayıblar. Preparat insan orqanizmində tez yaşlanan hüceyrələri məhv edərək onlarda olan “fenotipom”un miqdarını aşağı salır. Bu, vaxtında tez ölümü 65 faiz aşağı endirir.