4 Oktyabr 2018 23:35
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nın icrası məqsədilə müəssisələr statistikasının təşkili və inkişafı sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatının Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev və Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri Nuru Süleymanov 2018-ci il 2-5 oktyabr tarixlərində Polşa Respublikasının Mərkəzi Statistika İdarəsində işguzar görüşlər keçiriblər.

Komitədən Teleqraf.com-a daxil olan məlumata görə, səfər çərçivəsində biznes reyestrinin aparılması, müəssisələr statistikası üzrə statistik müayinələrin təşkili, məlumatların toplanması, işlənməsi, statistik vahidlərin məlumat bazasının formalaşdırılması, həmçinin qısamüddətli və struktur biznes statistikası sahəsində işlərin əlaqələndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Müzakirələrdə Polşa Respublikasının Mərkəzi Statistika İdarəsinin mütəxəssisləri ilə yanaşı Poznan və Lublin regional statistika idarələrinin nümayəndələri də iştirak edib.

Qazanılan təcrübədən Azərbaycanda müəssisələr statistikasının yeni inkişaf istiqamətlərinin müəyyən olunmasında istifadə ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər