18 Oktyabr 2018 07:25
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel döyüşlərində başından ağır qəlbə yaraları almış Qoşqar Hacıyevin vəziyyəti ilə bağlı Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında olduq. Hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə qardaş Türkiyədə də uzun müalicə alan Qoşqar qardaşımız üçün hospital rəhbərliyi, həkimlər əllərində gələni etdiklərini deyirlər. O, millətimizin dəyərli övladı kimi dövlətimizin, onun rəhbərliyinin hər zaman diqqətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Qənirə Paşayeva məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan xalqı hər zaman Qoşqar Hacıyevin və ailəsinin yanındadır: "Qəhrəman qardaşımızın əziz anası, gözəl bacımızla, qardaşı ilə, dostları ilə 4 saata yaxın birlikdə geniş söhbət etdik. Əlimizdən nə gəlirsə hər zaman qazi qardaşımızım və ailəsinin yanında olduğumuzu dedik. Qardaş Türkiyə ilə də onun vəziyyəti ilə bağlı məsləhətləşmələr, müzakirələr aparılır. Qoşqar qardaşımız Aprel döyüşlərində başından çox ağır yaralanıb. Vəziyyəti ağır olaraq qalır, Allah yardımçısı olsun. Onun üçün dualarınızı əskik etməyin. Onunla qürur duyuruq və yaradandan ona yardımçı olmasını diləyirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər